Suallar və cavablar

Ən çox verilən suallara cavablar

Bütün suallara bu bölmədə cavab tapa biləcəksiniz. Əgər hər-hansısa əlavə suallarınız olarsa sosial media ilə icmamıza suallarınızı verə bilərsiniz.


$KA Tokenin məqsədi nədir?

Tokenin məqsədi Kripto Azerbaijan icmasını canlı tutmaq və ölkəmizdə blokçeyn texnologiyalarının inkişafına töhfə verməkdir.

Token haralarda istifadə ediləcək?

Token, video dərs platformamızda dərslərə baxmaq üçün istifadə ediləcəktir. Bundan əlavə, təşkil edəcəyimiz müəyyən tədbirlər üçün biletlər $KA Token ilə reallaştırılacaq və digər məhsul və xidmətlərimizdə istifadə ediləcəkdir.

Token ilə layihələr necə inkişaf etdirilir?

Token-ə etdiğiniz investisiya layihəmizin inkişafına töhfə verir. Bu o demək deyil ki, siz token alarkən biz token satırıq. Artan əməliyyatlar və sahiblər layihəni qlobal miqyasda daha görünən edir. Layihə tanındıqca yeni investorlar gəlir və investisiyalarınız dəyər qazanmağa başlayır. Bu yolla biz digər şirkətlərlə əməkdaşlıq edərək yeni investisiyalar əldə edirik.

Bu təhlükəsizdirmi?

Bəli, təhlükəsizdir. $KA Token məlumatları tamamilə şəffaf şəkildə hər kəs üçün əlçatandır. Gün ərzində edilən əməliyyatlar da ictimaiyyət üçün açıqdır. $KA Token heç kimin nəzarəti altında olmayan texnologiyadan istifadə edərək təhlükəsizliyi təmin edir.

Riskləri nədir?

Hər bir investisiyada risk var, lakin ümumilikdə böyük məbləğdə investisiya etmək daha riskli ola bilər. Bununla belə, risk etməyə hazır olduğunuz məbləğlərlə $KA Tokeninə investisiya edə bilərsiniz.

Cavabdehliyi kim daşıyır?

$KA Token blokçeyn texnologiyasının məhsuludur. Bu məhsul hər kəs üçün şəffaf fəaliyyət göstərir və heç bir fərdin və ya təşkilatın məsuliyyətində deyil; Bu məsuliyyəti yalnız siz öz üzərinə götürürsünüz. Lakin layihənin gedişatında hər-hansısa bir problem yaranarsa, Kriptaz Blockchain məsuliyyəti öz üzərinə götürür.

Token hansı blokçeynlərdə var?

$KA Token hazırda yalnız Solana blokçeyn protokolunda mövcuddur. Bununla belə, gələcəkdə digər blokçeynlərdə də əlçatan olacaq.

Hardan almaq olar?

Kriptaz platformamızdan $KA Tokenini təhlükəsiz şəkildə əldə edə bilərsiniz. Siz həmçinin Jupiter Exchange, Meteora, Raydium və Ore kimi Solana DEX platformalarından da əldə edə bilərsiniz.

Hansı-birjalarda olacaq?

Bütün birjalarla sıx əlaqələrimiz var. Lakin bu cür yeniliklərin qlobal miqyasda qəbul edilməsi üçün güclü icmamız yaradılmalı və layihələr tamamlanmalıdır. İlk addım olaraq, tokenin istifadəsini və tələbini artırmağa diqqət yetiririk.